Dünyada COVID-19-a yoluxma 10 faiz azalıb

09:49 29.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirusa yoluxub, 55 mindən çox insan ölüb.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

 

Məlumata əsasən, yeddi gün ərzində yeni yoluxmaların və ölümlərin sayı 10% azalıb:

 

"COVID-19-dan yoluxma və ölüm hadisələrinin sayı bir həftə ərzində azalmağa davam etdi: 20-26 sentyabr tarixlərində 3,3 milyondan çox yoluxma və 55 mindən çox ölüm halı barədə məlumatlar gəlib".

Yoluxma və ölümlərin sayı əvvəlki həftəyə nisbətən 10% azaldığı vurğulanıb.