“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP 29) Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsinə, siyasi dəstəyin verilməsinə gətirib çıxaracaq. Konfransın Azərbaycanda keçirilməsi regionun aparıcı dövləti olmasının göstəricisidir”.
Bunu hafta.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlara sədrlik etmək təcrübəsi var. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına 4 ildir sədrlik edir və bu təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində xüsusi səylər həyata keçirir.
M.Əsədullazadə hesab edir ki, iqlim dəyişikliyi üzrə Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına müsbət töhfə verən konfransın Azərbaycanda keçirilməsi dünyanın diqqətini Cənubi Qafqaza yönəldəcək.
“Konfrans ümumən Azərbaycanın beynəlxalq əhəmiyyətini gücləndirəcək. Artıq Azərbaycan şimal-cənub dəhlizi və qərblə şərqi birləşdirən dəhliz qovşağı, Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradır. Bundan sonra Azərbaycana etimad daha da artacaq, Azərbaycan regionun sabit ölkəsi olmasını daha da təsbitləşdirəcək. Təkcə Cənubi Qafqaz deyil, Xəzər hövzəsinə dünyanın diqqəti artacaq”.