Əfqanıstanda məscid partladılıb, yaralılar var

15:40 12.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məsciddə partlayış törədilib.

Hafta.az-ın məlumatına görə, hadisə nəticəsində azı 16 nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, partlayış məsciddə cümə namazı vaxtı baş verib.

 Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Xatırladaq ki, Əfqanıstanda ötən ay məscidlərdə törədilmiş bir neçə partlayış nəticəsində 200-ə yaxın şəxs həlak olub.