Əlcəzair müstəmləkə dövründə Fransaya aparılan 2 milyon tarixi sənədi geri alacaq

11:55 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair, "Yaddaş qovluğu" adlandırılan Fransanın müstəmləkə dövrü (1830-1962) iş çərçivəsində Fransaya qaçaq yolla aparılan 2 milyon tarixi sənədi geri alacaq.

Hafta.az-ın yazdığına görə, Əlcəzair dövlət radiosunun xəbərində deyilir ki, ölkənin Tarix və Yaddaş Komitəsi ilə Fransa Tarix və Yaddaş Komitəsi müstəmləkə dövründən rəqəmsallaşdırılmış 2 milyon sənədin Əlcəzairə qaytarılması ilə bağlı razılığa gəlib.

Müqavilə çərçivəsində Fransaya qaçaq yolla aparılan 5 metr diametrli 29 rulon və Osmanlı dövrünə aid 13 rekord dəftərin, eləcə də bəzi qəsb olunmuş mülklərin Əlcəzairə qaytarılacağı da bildirilib.
Sözügedən razılaşma Əlcəzair-Fransa Birgə Tarix və Yaddaş Komitəsinin noyabrın 22-də Əlcəzairin Konstantin şəhərində keçirilən "arxiv sənədləri, biblioqrafiya, xronologiya və talan edilmiş əmlakların bərpası" adlı iclasdan sonra əldə edilib.

Xəbərdə, 19-cu əsrə aid araşdırma, çap və əlyazma mənbələrindən ibarət ortaq biblioqrafiyanın tamamlanmasına davam edilməsinə qərar verilən müqavilədə qeyd olunan sənədlərin Əlcəzairə nə vaxt və necə qaytarılacağı ilə bağlı detallar yer almayıb.

Fransa prezidenti Emmanuel Makron noyabrın 1-də Əlcəzair prezidenti Əbdülməcid Tebbunla telefon danışığında Əlcəzairdə Fransanın müstəmləkə dövrünə (1830-1962) “Yaddaş qovluğu” adlanan sənədlər üzərində işlərin davam etdirilməsi lazım olduğunu vurğulayıb.

Ötən il Əlcəzair prezidenti Tebbun ölkəsinin Fransa müstəmləkə dövrünü (1830-1962) araşdırmaq üçün Əlcəzair-Fransa Tarixçilərinin Birgə Komitəsinin təyin edildiyini açıqlamışdı.

Oxunma sayı 151
Siyasət rubrikasından digər xəbərlər