Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşüb - FOTO

10:12 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-də xarici işlər nazirinin müavini Elnur Məmmədov Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb.