Ərdoğanın baş məsləhətçisi koronavirusdan vəfat edib

12:49 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi koronavirusdan vəfat edib.

Hafta.az xarici KİV-ə istinadən bildirir ki, Güldal Akşit səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Güldal Akşit Türkiyədə qadın hüquqları ilə bağlı hüquqi tənzimləmələr və gender bərabərliyi mövzusunda maarifləndirici layihələri həyata keçirirdi. Bundan əlavə, o, AK partiyasının yaradıcılarından biri olub.

Oxunma sayı 38