Ərdoğanın Ermənistana tövsiyyəsi Rusiyada trend olub

09:35 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana təhlükəsizliyi “minlərlə kilometr uzaqda” axtarmamağı tövsiyə edib.

Hafta.az-ın yazdığına görə, Ermənistanın təhlükəsizliyini min kilometrlərlə uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarmalı olduğunu deyən Ərdoğanın bu sözləri Rusiya mətbuatının da trend mövzusuna çevrilib.

Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən sonra regionda “bəzi Qərb güclərinin hələ də xəbərsiz olduğu” yeni dövrün başladığını, erməni xalqı və liderlərinin təhlükəsizliyi minlərlə kilometr uzaqlıqda deyil, sülh içində və qonşuları ilə əməkdaşlıqda axtarmalı olduğunu bildirib. Prezident Ərdoğan, “Ermənistanı illərdir təxribat törədənlər, bu coğrafiyada yaşayan bütün insanların dərdindən, döyüşündən qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurublar. Onlar ermənilərin qeyri-real arzularını qızışdıraraq, etibarsızlığa sürükləyiblər. Ermənistan bu faktı görüb qəbul etməlidir. Yaxşı olar ki, erməni xalqı və onların hökmdarları təhlükəsizliyini min kilometrlərlə uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarsınlar. Artıq bu bölgədə silaha və silahlanmaya yer yoxdur. Qərb ölkələrinin göndərdiyi sursatlar qalıcı sülh mühitinin təmin edəcəyi sülhün yerini tuta bilməz. Ermənilər "Ən böyük arzumuz odur ki, 30 ildən sonra ortaya çıxan sülh fürsətini yenidən fərqli xəyallara qapılaraq boşa verməsinlər. Buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzaddıqları sülh əlindən tutmağa çağırırıq. Biz Türkiyə olaraq Azərbaycanla əməkdaşlıq çərçivəsində prosesin uğur qazanması üçün lazımi addımları atmağa hazırıq” deyib.

Ərdoğanın sözlərinin Ermənistanın baş naziri Nikol Paşinyanın regional turu çərçivəsində İrəvanda olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti qəbul etməsindən sonra səsləndirilməsi diqqət çəkib.

Ərdoğanın bu sözləri Rusiya mətbuatında Qərb dövlətlərinin İrəvanı silahlandırmağa hazırlaşdığına işarə kimi şərh edilib.

Oxunma sayı 175
Siyasət rubrikasından digər xəbərlər