Ermənilər Njdenin heykəli önündə 9 NOYABR BƏYANATINI CIRDILAR

15:10 08.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Millətçi, revanşist ermənilər faşist əlaltısı Qaregin Njdenin abidəsi önündə 2020-ci il noyabrın 9-da imzalanmış Paşinyanın və Putinin də imzası olan üçtərəfli bəyanatın mətnini cırıblar.

Hafta.az xəbər verir ki, hələ də aldıqları ağır məğlubiyyətdən dərs çıxarmayan Ümumerməni Milli Razılıq təşəbbüsünün rəhbəri Artur Armen bildirib ki, bu, qeyri-qanuni sənəddir. Onun sözlərinə görə, noyabrın 14-də “Ümuerməni Milli Razılıq” təşəbbüsü müvafiq bəyanat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ əraziləri ilə bağlı heç nəyə imza atmağa haqqı yox idi. O ki qaldı Qarabağla bağlı 9 noyabr bəyanatına, bu zibildir, onu parçalayın və zibil qutusuna atın".