Yazını böyüt
Yazını kiçilt
Ermənistan parlamentinin dövlət quruculuğu və hüquq komissiyası Ermənistanın Qarabağdan imtinasını kriminallaşdıran qanun layihəsini geri çevirib.
Hafta.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalifət tərəfindən irəli sürülən qanun layihəsi Qarabağın öz müqəddəratını təyin etməsi hüququndan imtinaya görə Cinayət Məcəlləsində dəyişiklik nəzərdə tuturdu.
Məlumata görə, komissiyanın üç üzvü qanun layihəsinin lehinə, səkkizi isə əleyhinə səs verib. Qərarı dəstəkləməyənlər hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri olub.
Hökumətyönlü deputatlar “Ayakve” təşəbbüsünün Azərbaycanla sülh danışıqlarına ciddi əngəl törədəcəyini açıqlamışdı.