Ermənistanda koronavirusdan ölüm sayı artıb

12:33 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 453 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 248 850-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5002-yə yüksəlib.