Fransa törətdiyi cinayətlərə görə məhkəmədə cavab verməlidir - Əlcəzair QHT-ləri

12:00 18.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün 1961-ci ildə Parisdə əlcəzairli mülki vətəndaşların Fransa polisi tərəfindən qətlə yetirilməsindən 60 il ötür.

Hafta.az-ın yazdığına görə, bu münasibətlə təşkil olunan anım tədbirinə qatılan Fransa prezidenti Emmanuel Makron da qatılıb. Ən pisi odur kii, onun riyakar mövqeyi işlətdiyi qeyri-səmimi ifadələr böyük qəzəbə səbəb olub. 

Prezidentin çıxışından narazı qalan qeyri-hökumət təşkilatları bildiriblər ki, əgər Makron doğrudan da ölkəsinin keçmişdə törətdiyi qırğınlara görə məsuliyyət daşıyırsa, o zaman Fransa adından Əlcəzairdən üzr istəməlidir. Hansı ki, o, dəfələrlə edilən tələblərə baxmayaraq heç vaxt üzr istəməyib. Amma bunu vacib şərt hesab edən Fransadakı Əlcəzairli Gənclər Təşkilatı yaydığı açıqlamada, "Makron Fransız Əlcəzairi nostalgiyasını yaşayan seçicinin səsini qazanmaq üçün sadəcə söz oynadır" bildirib. 

"Afrika 93 Dərnəyi"nin sözçüsü Mimouna Hadjam isə Makrona cavab olaraq “Parisin göbəyində işgəncə və qətliam törədildi. Hər kəs bunu bilir. Fransa insanlığa qarşı cinayət işlədiyini qəbul etməlidir” deyib. FLN Fransa Federasiyasının üzvü Rahim Rezigat isə "Makronun əlcəzairlilərə qarşı işlənən bağışlanmaz cinayətləri qınaması yetərli deyil" deyib.

Bu arada, Paris qırğınlarının 60-cı ildönümündə bəyanat verən Cəmiyyət və Sülh Hərəkatı “Şəhidləri ruhna sayğı məqsədilə Fransa mütləq beynəlxalq məhkəməyə verilməlidir və biz bunu edəcəyik” bildirib.

Qeyd edək ki, 17 oktyabr 1961-ci ildə 300-dən çox əliyalın əlcəzairli mülki insan Fransa polisi tərəfindən kütləvi şəkildə güllələnib. Onlardan bir hissəsinin cəsədi Sena çayına atılıb. Bir sıra mütəxəssislər bu qənaətdədir ki, 1830-cu ildən 1962-ci ilədək Fransada polislər tərəfindən 4 mindən artıq əlcəzairli qətlə yetirilib. 

Əlcəzairin vətənpərvərliyi ilə seçilən prezidenti Əbdülməcid Tebbun da dünən Paris qırğınları ilə bağlı televiziyaya verdiyi müsahibədə deyib ki, "Fransa bizi 132 illik müstəmləkəçiliyi boyunca yeyib-talayıb, bu müddət ərzində gözəl sözlərlə silinməyəcək iyrənc cinayətlər törədib".

Oxunma sayı 405