Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq

15:29 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında avqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.