Yazını böyüt
Yazını kiçilt
"Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətini və xalqını ürəkdən təbrik edirik".
Hafta.az-ın yazdığına görə, bu sözlər Gürcüstanın ölkəmizdəki səfirliyinin Tvitter paylaşımında deyilir. Bildirilir ki, Gürcüstanla Azərbaycanı tarixi dostluq və sıx strateji tərəfdaşlıq birləşdirir.
"Dost Azərbaycan xalqına sülh, uğurlar və firavanlıq arzulayırıq", - paylaşımda qeyd edilir.