Gürcüstanda daha 83 nəfər COVID-19-dan ölüb

12:22 16.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 204 yoluxma halı qeydə alınıb, 83 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 791 115, xəstəlikdən ölənlərin sayı isə 11 140 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 727 184 nəfərin sağaldığı bildirilir.