Henri Kissincerin Cənub-Şərqi Asiyada qaranlıq irsi

10:45 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikalı mərhum diplomat Henri Kissincerlə bağlı söhbətlər davam edərkən, onun ölümü Cənub-Şərqi Asiyada ağrılı xatirələri canlandırıb. Kissincerin realpolitik gücü o, ABŞ prezidentləri Riçard Nikson və Herald Fordun dövründə dövlət katibi olarkən ortaya çıxıb.

Hafta.az-ın yazdığına görə, Cənub-Şərqi Asiyada milyonlarla insan ABŞ-ın Vyetnam müharibəsi zamanı Laos və Kambocanın böyük ərazilərini bombaladığını, Kissincerin və Niksonun əmri ilə bölgəyə qarşı amansız hücumları xatırlayır.

Altı yaşında ailəsi ilə birlikdə Laosdan qaçan Sira Kulabdara deyib ki, hər dəfə Kissincer adını eşidəndə təzyiqi yüksəlir.

Bombardman silahlı hərəkatları pozmaq və Vyetnamdan geri çəkilərkən Vaşinqtonun əlini gücləndirmək üçün uğursuz cəhd idi.

Kulabdara bildirib ki, atası bomba partlayışını ona “güclü yağış, amma su əvəzinə od var” kimi qiymətləndirib.

Laos 1964-1973-cü illər arasında ABŞ-ın iki milyon tondan çox partlayıcı atdığı, yəni hər səkkiz dəqiqədə bir təyyarə dolusu bomba atdığı zaman dünyada ən çox bombalanan ölkə idi. O vaxtdan bəri partlamamış hərbi sursatlar bu bədbəxt ölkədə ən azı 20 min insanın ölümünə və ya yaralanmasına səbəb olub.

Legacy of War hüquq müdafiə təşkilatının prezidenti Kulabdaranın sözlərinə görə, "Laosda həyatı təhdid edən bu problem birbaşa ABŞ-ın qəbul etdiyi barbar qərarların nəticəsidir və onun baş memarlarından biri Kissincerdir".

Laosda partlamamış bombaların çıxarılması üçün işlər davam edir.

2006-cı ildən bəri təxminən 47 min partlamamış hərbi sursat məhv edən Handicap International - Humanitarian and Inclusion-dan Raynayer Karabin deyib: "Laos dünyanın ən kasetli sursatlarla çirklənmiş ölkəsi olaraq qalır. Hər gün Laos kəndlərində mülki əhali partlayıcı qalıqlardan ölür və ya yaralanma riski ilə üzləşirlər”.

Qonşu Kambocada bombalama kampaniyası 1975-1979-cu illər arasında BMT-nin dəstəklədiyi yerli tribunalın sonradan soyqırım hesab etdiyi hərəkətlərdə təxminən iki milyon kambocalını öldürən “qırmızı kxmer” rejiminin yüksəlişinə təkan verib.

Keçmiş lider Hun Sen uzun müddətdir ki, Henri Kissinceri müharibə cinayətlərinə görə mühakimə etməyə çağırırdı.

Partlamamış hərbi sursatlar Kamboca kəndlərində hələ də geniş yayılıb və son dörd onillikdə 20 minə yaxın insanın ölümünə səbəb olub.

Kamboca Minalarla Mübarizə Mərkəzinin baş direktoru Henq Ratana Kissincer haqqında belə deyib: “Gözəl ölkəmizi və dinc xalqımızı bombalamaq, hər şeyi məhv etmək qərarı Kissincerin əsl mirasıdır”.

60 yaşlı kambocalı Sem 2014-cü ildə Krataye əyalətindəki evindən kasetli sursat çıxarmağa çalışdıqdan sonra kor olub və indi qollarından istifadə edə bilmir. Sem hisslərindən danışıb: "Mən çarəsizəm. Əvvəllər ona əsəbiləşirdim, amma indi o, ölüb, ona görə də buddizmin davamçısı kimi onu bağışlayıram".

Amerikalı diplomat Vyetnamda mürəkkəb bir miras qoyub, burada bəziləri Kissincerin Çinlə yaxınlaşmasını Pekinin regionda hegemonluq qurmaq yolu kimi görürdü.

Kissincer Vyetnam müharibəsinə son qoyan danışıqlara görə Nobel Sülh Mükafatına layiq görüldü, lakin münaqişə dərhal sona çatmadı və onun şimali vyetnamlı həmkarı Le Duc Zu mükafatdan imtina etdi.

Fam Nqok Paris Sülh Müqaviləsi danışıqları zamanı Şimali Vyetnam üçün tərcüməçi kimi fəaliyyət göstərib və Kissinceri "müstəsna" diplomat kimi təsvir edir. 88 yaşlı keçmiş məmur onun haqqında "O, ən inandırıcı Amerika diplomatı idi" deyib.

Vyetnam və Kamboca hökumətləri jurnalistlərin Kissincerin ölümü ilə bağlı şərh istəmələrinə cavab verməyiblər.

1965-1973-cü illərdə Hanoy Hava Hücumundan Müdafiə Departamentində əsgər olmuş Tran Quy Tuyen bu amerikalı diplomat haqqında deyib: "O, Vyetnam xalqının çox əzab çəkməsinə töhfə verdi. Düşünürəm ki, bir çox vyetnamlılar onun illər əvvəl ölməli olduğunu söyləyəcəkdilər".

Oxunma sayı 305
Siyasət rubrikasından digər xəbərlər