Yazını böyüt
Yazını kiçilt
Bu həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri arasında ikinci dəfə görüş baş tutub
Hafta.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” səhifəsində paylaşıb.
Səfirin sözlərinə görə, Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb: "Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, mövcud maneələr, iki ölkə münasibətlərinin möhkəmləndirilməsi haqda məsləhətləşmələr və fikir mübadiləsi aparılıb".