Yazını böyüt
Yazını kiçilt
İranda ötən sutka ərzində 124 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 128 042 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 4306 nəfər COVID-19-a yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 6 031 575 nəfərə çatıb.