İranda son sutkada 125 nəfər koronavirusdan ölüb

17:00 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 125 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 128 531 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 6 251 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 057 893 nəfərə çatıb.