İranda zəlzələ nəticəsində ölənlər var

21:25 14.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda qeydə alınan zəlzələ zamanı ən azı 8 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə İran hakimiyyətinə yaxın "Mehr" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisə zamanı azı 1 nəfər həlak olub. Yeraltı təkanılar bir neçə şəhərdə hiss olunub.

*** 18:00

Bu gün yerli vaxtla saat 15.36 radələrində İranın Hürmüzgan əyalətinin Keşm qəsəbəsində 6,4 maqnitudalı zəlzələ olub.

Hafta.az-ın xəbərinə görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.

Yerli vaxtla saat 15.37 radələrində isə Keşm qəsəbəsinin Laft bölgəsində 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.