İranda zəlzələ olub

16:50 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İranın Buşehr vilayətindəki Riz şəhərində 4,1 gücündə zəlzələ olub.

Hafta.az Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi açıqlamaya istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 13:50-də yerin 20 kilometr dərinliyində baş verib. Ətrafdakı yaşayış məntəqələrində zəlzələ hiss olunub.

Hələlik insan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər göndərilib.