İslamı qəbul edən Letisiya İspaniyadan Misirdə köçdü

10:00 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyalı gən qız Letisiya Tirado Murqa müsəlman olduqdan sonra Misirdə yaşamağa üstünlük verib. Yeni dinini Misirdə İspaniyadan daha yaxşı həyata keçirdiyini deyən Letisiya adını dəyişərək "Mələk" qoyub.

Hafta.az-ın yazdığına görə, Misirin Fayum şəhərində məskunlaşan Mələk "İspaniyada İslam dininin tətbiqinə qoyulan məhdudiyyətlərdən əziyyət çəkdiyini və bu vəziyyətin onu Misirə köçməsinə səbəb olduğunu, lazım olanı burada tapdığını" deyib. Misirdə bütün dinlərə hörmət edildiyini deyən Mələk burada xoşbəxt olduğunu, özünü evdəki kimi hiss etdiyini və ibadətlərini sərbəst şəkildə yerinə yetirdiyini bildirib.

2020-ci ildən bəri sayı 2 milyonu keçən və əksəriyyəti Mərakeş, Pakistan və ya Seneqal mənşəli olan İspaniyada müsəlman əhalisinin artmasında İslamı qəbul edən ispanlar və immiqrantlar təsir edir.

Letisiya, "İspanlar ərəbcə danışmasalar da, mədəniyyət və ailə həyatı baxımından Qərb ənənələrindən gəlsələr də, daxili rahatlıq axtarışlarını İslamda tapdılar" deyib.