İsrail hökumətində casus şübhəsi: nazirlər yalan detektorunda sınaqdan keçiriləcək

09:26 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin Baş Nazirlik Ofisi kabinet iclaslarında müzakirə edilən təhlükəsizlik məsələlərinin sızmaması üçün nazirləri yalan detektoru ilə sınaqdan keçirməyi planlaşdırır.

Hafta.az-ın yazdığına görə, bu barədə İsrailin dövlət telekanalı KAN məlumat yayıb. Bildirilib ki, Baş nazirliyin üzərində işlədiyi qanun layihəsinə uyğun olaraq, iclas iştirakçılarının "təhlükəsizlik məsələləri"nin qarşısını almaq üçün yalan detektoruna qoşularaq həqiqəti söyləyib-söyləmədiklərini müəyyən etmək nəzərdə tutulur.

Baş nazir Binyamin Netanyahunun İsrail Daxili Kəşfiyyat İdarəsi Şin-Betə (Şabak) yalan detektoru testindən məsul olması ilə bağlı göstəriş verdiyi, lakin Şin Betin bu mövzuda qeyd-şərtlərini ifadə etdiyi vurğulanıb. Bildirilib ki, “Şin Bet” üzvləri kabinet iclaslarından sızmaların qarşısının alınması üçün tədbirlər görülməli olduğuna inansalar da, qanun layihəsi ilə bağlı qeyd-şərtləri var və bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Şurası ilə görüş keçirilməsini istəyirlər.

Qanun layihəsinə əsasən, hökumətin hüquq müşaviri, təhlükəsizlik orqanlarının rəhbərləri və vəzifəli şəxslər də daxil olmaqla, Nazirlər Kabinetinin iclaslarında iştirak edən hər kəs bu imtahandan keçməlidir.

Bəzi mənbələr Netanyahunun bədənindəki kardiostimulyatora görə bu sınaqdan azad edilməsinin gözlənildiyini bildirir.