Kadırov və Putin daha 3 min çeçeni müharibəyə göndərir

10:00 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, daha üç min çeçen döyüşçü Müdafiə Nazirliyi və Rusiya Milli Qvardiyasının yeni bölmələrinə qoşulmaq üçün Ukraynada davam edən müharibəyə getməyə hazırdır.

Hafta.az-ın yazdığına görə, Çeçenistan lideri deyib: “Biz Ali Baş Komandanımız Vladimir Putinin qarşıya qoyduğu vəzifələrin həlli üçün səy və resurslarımızı əsirgəməyəcəyik. Bu mövqe mənimlə Rusiya Müdafiə Nazirliyi və Milli Qvardiyanın tərkibində xidmətə başlayan daha üç min dəyərli çeçen əsgəri tərəfindən paylaşılır”.

Yeni yaradılmış iki hərbi alaya səfəri zamanı Kadırov bildirib ki, hərbçilərin əksəriyyəti artıq münaqişələrdə iştirak təcrübəsinə malikdir və əsgərlər Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçiblər.

Çeçenistan əvvəllər dəfələrlə Rusiya ordusu ilə razılaşdırılaraq müharibə meydanına yaxşı təlim keçmiş çeçen döyüşçüləri göndərib.

Siyasət rubrikasından digər xəbərlər