Yazını böyüt
Yazını kiçilt
Bu gün – oktyabrın 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin(MTX) Ehtiyat Zabitlər Birliyinin həmtəsisçiləri, MTX-nin sabiq əməkdaşları Qrant Yepiskoposyan, Vrej Arzumanyan, Mikael Hambartsumyan qəsbkar ölkənin ikinci terrorçu Prezidenti Robert Köçəryanla görüşüb.
Hafta.az xəbər verir ki, News.am bu barədə Milli Təhlükəsizlik Xidmətinin Ehtiyat Zabitləri Birliyi ictimai təşkilatı tərəfindən məlumatlandırılıb.
Ölkənin təhlükəsizliyi, mümkün regional problemlərlə bağlı məsələlər müzakirə olunub, ölkə daxilindəki mənəvi və psixoloji ab-havadan bəhs edilib.
Xatırladaq ki, Robert Köçəryan Rusiya prezidenti V.Putinin “dostu” kimi də təqdim edilir.