Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

15:50 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Oxunma sayı 29
Siyasət rubrikasından digər xəbərlər