Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

11:43 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 31-də Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Şəki və Qax rayonları sakinlərinin qəbulu keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, qəbula gələn vətəndaşların qeydiyyatı 30 avqust 2023-cü il tarixdə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.