İngiltərənin “Sellafield” nüvə saytının Rusiya və Çinlə yaxından əlaqəsi olan kiber qruplar tərəfindən sındırıldığı iddia edilib.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, pozuntular ilk dəfə 2015-ci ildə, mütəxəssislər gizlənə və sistemlərə casusluq və ya hücum etmək üçün istifadə edilə bilən yuxu rejimli zərərli proqramların “Sellafild”in kompüter şəbəkələrində yerləşdirildiyini fərq etdikdə aşkarlanıb.
Zərərli proqramın ləğv edilib-edilmədiyi hələ məlum deyil.
Bu, “Sellafild”in radioaktiv tullantıların daşınması, təhlükəli material sızmasının monitorinqi və yanğınlara nəzarət kimi bəzi ən həssas fəaliyyətlərinin təhlükə altına düşdüyü anlamına gələ bilər.
Nüvə Tənzimləmə İdarəsi (ONR) “Sellafield”in kiber standartlarına cavab vermədiyini təsdiqləyib, lakin davam edən araşdırmalara görə bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Xəbərə görə, zərərli proqramların mümkün təsirlərinin işçilər tərəfindən illərdir gizlədildiyi üzə çıxıb.
“Sellafield” tərəfindən verilən açıqlamada deyilib: “The Guardian”ın təsvir etdiyi kimi, “Sellafield” şəbəkələrinin sözügedən aktyorlar tərəfindən uğurla hücuma məruz qalması ilə bağlı heç bir qeyd yoxdur. “Sellafield”də biz kibertəhlükəsizliyə son dərəcə ciddi yanaşırıq. Bütün sistemlərimiz və serverlərimiz çoxsaylı qorunma qatlarına malikdir. Biz “The Guardian”dan bu iddia olunan hücuma dair sübut təqdim etməyi xahiş etdik ki, onu nəzərdən keçirək. Onlar bunu təmin edə bilmədilər".
İngiltərənin şimal-qərb sahillərindəki Kumbrayan yaxınlığında 6 kvadratkilometr əraziyə yayılan və 11 mindən çox işçisi olan AES, dünyanın ən böyük plutonium anbarı və nüvə tullantılarının atılmasına ev sahibliyi edir.