Kilsə müsəlman gəncə gecələməyə yer verdi, 1500 avro cərimə edildi 

12:40 12.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bayreuf şəhərindəki kilsənin keşişi maraqlı bir hadisədən dolayısı cəzalandırılıb.

Hafta.az-ın yazdığına görə, Bayreuf regional məhkəməsi, yaşama icazəsi almadan qanunsuz yerləşməsinə yardım etdiyi üçün şəhər kilsəsinin keşişini təqsirli bilib və onu böyük məbləğdə maddi cərimə kəsib. Evangel Metodist Kilsə Cəmiyyəti (UMC) Pegnitzin işçisi olan keşiş Schörk, yaşanan olaya münasibət bildirərkən, “Böyük bir təəssüf və heyrət yaşayıram. Etdiklərim nəinki günah deyil, əksinə, Allaha xoş gələn əməldir. Tutduğum işdən qəti peşman deyiləm. Mən xristianlıq vəzifəmi yerinə yetirmişəm və hətta bu mənim üçün müqəddəs əmrdir”, - deyə şərh verib. 

Xatırladaq ki, Bayreuf Regional Məhkəməsi kilsəyə 1500 auro pul cəzası kəsib. Eyni zamanda, məhkəmənin qərarına əsasən, əgər kilsə iki il ərzində eyni "günahı" bir də işlədərsə, daha sərt cəza veriləcəyini şərt qoyub. Keşiş Stefan Schörk bildirib ki, məhkəmənin qərarından yuxarı instansiyalara şikayət edəcəklər.