Yazını böyüt
Yazını kiçilt
Ukrayna hakimiyyəti Donbasda hücum hərbi əməliyyatı keçirməyi planlaşdırmır və münaqişənin diplomatik yollarla həllinə sadiqdir.
Hafta.az xəbər verir ki, bunu bazar ertəsi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Ukrayna Donbasda hücum xarakterli hərbi əməliyyat planlaşdırmır. Biz münaqişənin siyasi-diplomatik həllini tapmağa sadiqik", - o, Twitter-də yazıb.