Kremlin “Qızıl viza” tələbi: 13 milyon dollar, rus dilini və tarixini bilmək

09:50 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İnvestisiya proqramı müqabilində yaşayış icazəsindən yararlanmaq istəyən əcnəbilərdən Rusiya tarixi və Rusiya qanunları ilə yanaşı, rus dilini də bilmələri tələb olunur.

Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, əcnəbilərə xidmət göstərən məsləhət şirkətlərinin nümayəndələri ilə görüşən Hindistan, İran, Çin və Banqladeş vətəndaşlarından rus dilini bildiklərini sübut etmələri istənilir.

Daxili İşlər Nazirliyinin rəsmiləri də “qızıl viza” üçün müraciət edən əcnəbilərdən dil bilmək sertifikatının tələb olunduğunu təsdiqləyiblər.

“Qızıl viza” əldə etmək üçün Rusiyaya ən azı 1,2 milyard rubl, yəni 13,6 milyon dollar sərmayə qoymaq lazımdır. İqtisadi İnkişaf Nazirliyi son bir ildə Türkiyə vətəndaşları da daxil olmaqla 20 viza müraciətinin olduğunu açıqlayıb.