KTMT-nın təlimləri başa çatıb

09:32 24.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin silahlı qüvvələri eyni vaxtda Tacikistanda “Eşelon-2021”, “Axtarış-2021” və “Qarşılıqlı fəaliyyət-2021” adlı üç operativ təlim keçirib.

Hafta.az Tacikistan mətbuatına istinadla xəbər verir ki, “Momirak” və “Xarbmaydon” poliqonlarında keçirilən təlimlərə 4 min hərbçi, 500 texnika, o cümlədən 20 Su-24MP və SU-24 hərbi təyyarələri, 20 Mİ-8MTB və Mİ-24 helikopterləri, 15 pilotsuz uçuş aparatı cəlb olunub.

Təlimlərdə sərhədlərin təhlükəsizliyinin qorunması ilə bağlı şərti düşmənin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Oxunma sayı 21