Yazını böyüt
Yazını kiçilt
Kubanın Xarici İşlər Nazirliyi “Twitter” sosial şəbəkəsini ölkədəki vəziyyəti təhrif etməkdə ittiham edib.
Hafta.az-ın xəbərinə görə, nazir Bruno Rodriqes Parrilya bildirib ki, “Twitter” ölkədəki sabitliyi pozmaq üçün müxtəlif alqoritmlərdən istifadə edir.
“Alqoritmlərlə kobud manipulyasiya edilərək ölkə əhalisinin çoxunun hökumətdən narazı olduğu barədə təsəvvür yaradılır” deyə diplomat əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl nazir “Facebook”a qarşı da oxşar ittihamlar səsləndirmişdi.