“Laçın şəhərində qoyun, keçi saxlamağa icazə verilməyəcək” - Azər Məmmədov

15:13 18.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Indi evlərin üstünə natural kirəmit vurulur. Vaxtilə Laçında evlərin üstü ancaq qırmızı, ağ dəmirdən olub, kirəmit olmayıb. Evlərin üzərinə əlavə taxtadan bəzək vurulur. Pəncərələrin qapaqları  taxtadan olur. Hər bir evin həyətində gül-çiçəklik olacaq. Bir sözlə, vaxtilə həyətdə olan əlavə tikintilər hamısı götürülüb. Şəhərdə qoyun, toyuq, cücə olmayacaq. Yalnız gül-çiçək olacaq...

Bu açıqlamanı hafta.az-a vaxtilə Laçın rayonunun baş memarı, hazırda isə Laçının yenidən qurulması prosesində məsləhətçi memar kimi fəaliyyət göstərən Azər Məmmədov deyib:

“İnək, qoyun saxlamaq istəyən onu kənddə saxlayacaq. Şəhərdə olan hər bir ailənin kəndlərdə də evləri var. O şeylər şəhərə kənddən gələcək. Şəhərdə qoyun-keçi saxlasalar təbiəti korlayar, o gözəlliklər məhv olar”.