Lavrov Bakı və İrəvan arasında sülh müqaviləsindən DANIŞDI

13:36 09.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu bəyan edib.

Hafta.az bildirir ki, RF xarici siyasət qurumunun rəhbəri bu barədə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz öz tərəfimizdən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğumuzu bir daha təsdiqlədik”, - deyə S.Lavrov bildirib.

Azərbaycanla Ermənistan arasında avtomobil marşrutunun koordinasiyası tamamlanır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupu Azərbaycan və Ermənistan arasında avtomobil marşrutunun razılaşdırılmasını yekunlaşdırır”, - deyə RF xarici siyasət qurumunun rəhbəri bəyan edib.