Liviyada girov götürülən yeddi türk azad edilərək vətənə gətirilib

15:58 21.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Liviyada iki il əvvəl girov götürülən yeddi türk azad edilərək Türkiyəyə gətirilib.

Hafta.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, girovlar Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) xüsusi əməliyyatı nəticəsində azad ediliblər. Prosesdə Qətər Dövlətinin xəfiyyə idarəsi MİT-lə birlikdə fəaliyyət göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan girovluqdan azad edilən vətəndaşlarla telefonda danışıb. Onlara “keçmiş olsun” arzusunu çatdıran dövlət başçısı uğurlu əməliyyatda zəhmətli olanlara təşəkkürünü ifadə edib.