Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda məktəbliləri daşıyan mikroavtobus ilə ağır tonnajlı yük maşını toqquşub.
Hafta.az türk mətbuatına istinadla xəbər verir ki, Ovabağ məhəlləsində baş verən yol-nəqliyyat hadisəsində mikroavtobus zərbədən aşıb. Hadisə nəticəsində əksəriyyəti şagird olmaqla 15 nəfər yaralanıb. Qəza yerində yaralılara ilkin tibbi yardım göstərilib və hamısı xəstəxanaya yerləşdirilib.