Mərakeş Kralı 510 məhbusu əfv etdi

20:15 20.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş kralı VI Məhəmməd bu gün hər zamanı kimi, daha bir xeyirxah qərara imza atıb.

Hafta.az-ın "Şarkul Avsat"a istinadən yaydığı xəbərə görə, o, Məhəmməd peyğəmbərin doğum günü - Mövlud Qəndili münasibətilə ölkənin fərqli məhkəmələri tərəfindən məhkum edilmiş 510 məhbusun həbsdən azad edilməsi barədə sərəncam verib. 


Mərakeş Ədliyyə Nazirliyindən bildirilib ki, Kralın əfv sərəncamından müxtəlif kateqoriyalar üzrə dustaq həyatı yaşayanlar yararlanacaqlar. Konkret kimlərə gəlincə, sərəncama əsasən 7 məhbus həbsdən tam azad edilib, 336 məhbusun həbs cəzası endirilib, ömürlük həbs cəzası alan iki nəfərin cəzası sadəcə həbs cəzasına dəyişdirilib, 53 nəfər verilən cəzanın qalan hissəsindən azad edilib, 12 məhbusun həbs cəzası isə pul cəriməsi ilə əvəzlənib. Bundan başqa, əvvəldən pul cəriməsi verilən 93 nəfərin günahı bağışlanıb, həm həbs, həm də pul cəiməsi ilə cəzalandırılan daha 7 nəfər də məsuliyyətdən azad edilərək evinə buraxılıb. 

Oxunma sayı 326