Yazını böyüt
Yazını kiçilt
İngiltərədə bütün ölkəni şoka salan olay yaşanıb. Belə ki, millət vəkili seçim bölgəsi toplantısına gedərkən bir neçə bıçaq zərbəsi alıb.
Hafta.az xəbər verir ki, 69 yaşlı deputat xəstəxanaya çatdırılıb. Xəstəxanaya aparılan David Amessin öldüyü bildirilib.
O İngiltərənin Baş naziri Boris Johnsonun rəhbəri olduğu Mühafizəkarlar Partiyasını təmsil edirdi və seçicilərlə görüşə gedirdi.
Essexdə Southend Westi təmsil edən David Amess, seçki dairəsi yığıncağına girən bir adam tərəfindən bıçaqlanıb. Polis açıqlamasında təcavüzkarın tutulduğunu və hadisədə başqa şübhəlilərin aranmadığını bildirib.