Millətçi Kirill qorxur: “İmmiqrant axını ilə Rusiyanı itirəcəyik”

12:00 21.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada iqtisadiyyatın hər sahəsindəki böyük işçi çatışmazlığını immiqrantlarla doldurmaq üçün səylər davam edərkən, Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill “son illər ölkəyə gələn, ümumiyyətlə rus dilini bilməyən mühacirlərlə bağlı problemin olduğunu və onların dil bilıməməklə Rusiyaya hörmət etmədiklərini bildirib.

Hafta.az-ın yazdığına görə, millətçi mövqe sərgiləyən Kirill “Hökumət nümayəndələrini və biznes liderlərini yadda saxlamağa çağırıram ki, ucuz işçi qüvvəsi ilə təmin etmək üçün immiqrantların nəzarətsiz immiqrasiya tendensiyası davam edərsə, biz öz mahiyyətimizi itirəcəyik, nüvəsini rus pravoslav xalqı təşkil edən çoxmillətli dövlət olan Rusiyanı itirəcəyik” deyib.

Moskvada yeparxiya iclasında çıxış edən Patriarx iddia edib ki, mühacirlər çox vaxt Rusiya cəmiyyətinə inteqrasiya etmək, Rusiyanın dini və mədəni ənənələrinə hörməti inkişaf etdirmək üçün heç nə etmirlər.

Kirill deyib ki, qısamüddətli iqtisadi faydalar naminə immiqrantların cəlb edilməsi ölkədə çox sayda fərqli mədəniyyətə malik insanların meydana çıxması ilə təhlükə yaradır.

Prezident Putin son çıxışında ölkənin işçi qüvvəsinə ehtiyac duyduğunu, lakin yerli əhalinin mənafeyinin vacib olduğunu bildirərək, mühacirlər üçün “insani şəraitin” yaradılmasına da diqqət çəkib. Putin qeyd edib ki, hazırda Rusiyada təxminən 10 milyon əmək miqrantı var.