Minaatan bölmələrinin döyüş hazırlığı məşğələləri davam edir - VİDEO

15:10 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Oxunma sayı 34
Siyasət rubrikasından digər xəbərlər