Yazını böyüt
Yazını kiçilt
İki il ərzində xaricdən minatəmizləmə maşınları alrdıq və çox sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda istehsal edilir.
Hafta.az-ın məlumatına görə, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi zaman deyib.
O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə işlərinə başlanıldı.
"Bu gün ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir", - deyə o, əlavə edib.
Qeyd edək ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.