Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib

12:20 10.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.