Müharibə zamanı erməni deputatlar hər gün mənə yalvarırdılar ki... - Pyotr Tolstoy

15:59 15.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Ermənistanın Rusiyadan uzaqlaşdırılmasının zərərli olacağı barədə xəbərdarlıq edib.

“Keçmiş SSRİ ərazisində ABŞ-ın ən böyük missiyası olan Amerika səfirliyində 2500 qeyri-hökumət təşkilatı qrantlar, pullar və erməni gənclərinə, erməni cəmiyyətinə Ermənistanın Rusiyasız yaşaya biləcəyini aşılayır”, - deyə Tolstoy bildirib.

Parlamentari Ermənistanı Rusiyadan əldə edə biləcəyi hər şeyi, eyni zamanda Avropadan almağa çalışan postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb. “Qarabağda sonuncu müharibə gedəndə, sözün əsl mənasında, hər həftə mənim kabinetimdə Ermənistan parlamentinin deputatları deyirdilər: “Zəhmət olmasa, zəng edin, deyin, bir şey edin, Rusiya prezidentinə çatın, müharibəni dayandırın! Oğlanlarımız ölür, cəbhədən tabutlarla gətirirlər". Bu gün isə bu deputatlar artıq yoxdur - ümumiyyətlə, heç kim yoxdur. Xatırladım ki, o zaman qanlı müharibəni dayandıran Putin idi”, Dövlət Dumasının vitse-spikerini vurğulayıb.