NATO-nun müdafiə nazirləri bu ay toplanır

23:21 05.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO-ya üzv ölkələrin müdafiə nazirləri 21-22 oktyabr tarixlərində bir araya gələcək.

 

Hafta.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

 

Görüş Brüsseldə NATO-nun qərargahında baş tutacaq. Görüşlər şəxsən NATO Baş katibi Yens Stoltenberqin başçılığı altında keçiriləcək.

 

Bildirilir ki, görüşün proqramı daha sonra açıqlanacaq.

 

Akif İsmayılov