Neft kəmərində güclü partlayış olub

12:38 17.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Xuzestan ostanının Ramşir rayonunda güclü partlayış baş verib.

Hafta.az-ın yazdığına görə, adıçəkilən rayonun Ramis kəndindən keçən neft kəmərində baş vermiş güclü partlayış nəticəsində yaxın ərazilərdə zəif silkələnməsi hiss olunub ki, bu da yerli sakinlərin təlaşına səbəb verib.

Xuzestan ostanı hökumətinin səlahiyyətlisi Cəlil Zahiri bildirib ki, partlayış səbəbilə "Marun Panj" şirkətinin işletdiyi neft kəməri ciddi zərər görüb. Xoşbəxtlikdən hadisə nəticəsində insan tələfatı olmayıb. Hazırda boru ilə neftin nəqli dayandırlıb, partlayışın səbəbləri araşdırılır.