“Netanyahu baş nazir kimi davam edə bilməz” - Yair Lapid

10:15 18.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin keçmiş baş naziri Yair Lapid “Yediot Ahronot” qəzetinə açıqlamasında "Netanyahu baş nazir olaraq davam edə bilməz. Müharibə olsa da, seçkilərin keçirilməsi mümkündür" deyib.

Hafta.az-ın yazdığına görə, Lapid, müxalifət olaraq "acı qiymətlər" ödənilsə belə, israilli məhbuslarla bağlı razılaşmanı dəstəkləyəcəklərini Netanyahuya çatdırdıqlarını ifadə edib və deyib: "Masaya yeni bir təklif gətirilməlidir. Kağız masaya qoyulduqda, qəbul edilməsə belə, hərəkətə keçir".

İsrail mətbuatında bildirilir ki, Həmas-a qarşı hərbi və kəşfiyyat uğursuzluqları Netanyahunun siyasi karyerasının sonu demək olacaq.