Nobel Sülh Mükafatının laureatı 4 il müddətinə azadlıqdan məhrum olunub

10:45 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Myanmada sabiq dövlət müşaviri Aun San Su Çji 4 il müddətinə azadlıqdan məhrum olunub.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Aun San Su Çji ordu daxilində nifaq salmaqda və koronavirusun profilaktikası ilə bağlı qaydaları pozmaqda ittiham olunub. O, 2021-ci il fevralın 1-də Myanmada baş verən hərbi çevrilişdən sonra həbsdə idi.

Aun San Su Çji 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.