Ombudsman əfv sərəncamından danışıb

12:37 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müstəqillik Günü ərəfisində Prezdient İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb.

Hafta.az-ın məlumatına görəi, bunu İnsan Hüquqları üzrə Müvəkkil-Ombusdman Səbinə Əliyeva deyib.

O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub:

"Burada məhkumların ailə vəziyyəti, səhhətləri və s. məsələlər nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə müvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət eləmişəm. Müraciətlər müsbət olub, 31 nəfərə əfv sərəncamı şamil olunub. Bu səbəbdən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm".

Oxunma sayı 117