Oskar mükafatı laureatı, amerikalı aktrisa Susan Sarandon həftələrdir şiddətli hücumlara məruz qalan Qəzzaya qarşı vəhşiliklərinə reaksiya verdiyi üçün Hollivudla münaqişəli vəziyyətə düşüb.
Hafta.az-ın yazdığına görə, Hollivudun aparıcı idarəetmə şirkəti olan Birləşmiş İstedadlar Agentliyi (UTA) Fələstinə dəstək mitinqində çıxışını əsas gətirərək aktrisa ilə yollarını ayırdığını bildirib.
Həftə sonu qatıldığı mitinqdə atəşkəs çağırışı edən Sarandon çıxışında “Hazırda yəhudi olmaqdan qorxan bir çox insan var və onlar bu ölkədə müsəlman olmağın necə bir hiss olduğunu dadırlar" deyib.
Sarandon İsrailin hücumlarına qarşı fələstinlilərə dəstək olmaq üçün səslərini ucaltmağa davam edəcəklərini vurğulayıb. “İnsanlar sorğu-sual edir, insanlar ayağa qalxır, insanlar özlərini öyrədirlər, insanlar uşaqlıqda başlayan beyin yuyulmasından uzaqlaşır" deyən Sarandon həmçinin Fələstinə dəstək aksiyalarına qatılan yəhudi icmasına təşəkkür edib və "güclü, səbirli, aydın və söz cəsarəti çatan hər kəsin yanında olmağa" çağırıb.