Polşanın yeni hökumətinin yarıdan çox üzvü qadınlardır

09:42 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşanın yeni hökumətinin andiçmə mərasimi keçirilib. Ölkə prezidenti Anjey Duda yeni hökuməti formalaşdırmağı 2017-ci ildən nazirlər kabinetinə rəhbərlik edən Mateuş Moravetskiyə tapşırıb.

Hafta.az-ın Euronews-a istinadən yazdığına görə, polşalı politoloqlar qeyd edirlər ki, Moravetski hökumətinin Seymdə etimad səsi almaq şansı demək olar ki, yoxdur. Çünki parlamentdəki müxalifət artıq koalisiya yaradıb və baş nazir postuna öz namizədi var.

Yeni hökumətdə 18 nazir var, onların yarıdan çoxu qadınlardır.

Baş nazirin and içdiyi andan parlamentdə çıxış etməsi və Seymdən etimad səsi alması üçün iki həftə vaxtı var. Moravetski hökuməti səslərin mütləq əksəriyyətini ala bilməsə, parlament yeni baş naziri seçəcək.

Oktyabrda keçirilən parlament seçkiləri nəticəsində Qanun və Ədalət Partiyası Seymdə mütləq çoxluğunu itirib. Koalisiya sazişi imzalandıqdan sonra o, indi müxalifətin “Vətəndaş Koalisiyası” blokunun əlindədir. Müxalifətdən baş nazir postuna namizəd Donald Tuskdur və o, artıq 2007-2014-cü illərdə bu vəzifədə olub.

Oxunma sayı 47